Qazaxıstanda bir nəfər oğlanın tanımadığı qadına yaxınlaşıb əxlaqsız təklif etməsi onun üçün çox pis qurtarıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, 32 yaşlı Qazaxıstan vətəndaşı Kondrat Qolubov küçədə bir qadının fahişə olduğunu düşünərək onu təhqir edib.
Kondratın sözlərindən əsəbiləşən qadın özünü saxlaya bilməyib və tək yumruqla onu “nokaut” edib.
“Sevgilimi gözləyirdim. Elə bu vaxt bir oğlan yaxınlıqdakı qadınlara yaxınlaşıb onlara içki təklifi etdi. Ona uzaqlaşmağını söylədilər. O isə qadınlardan fahişə olub-olmadıqlarını soruşdu. Onun bu sözündən sonra qadınlardan biri sərt bir yumruqla oğlanı yerə sərdi” – deyə videonu çəkən şəxs bildirib.