Almaniyanın “Volkswagen” avtomobil konserninin rəhbərliyində dəyişiklik gözlənilir.
Məlumata görə, şirkətin idarə heyətinin rəhbəri Herbert Diss sentyabrın 1-də tutduğu vəzifədən istefa verəcək.
Bu barədə cümə günü konsernin bəyanatında bildirilib.
Qeyd olunub ki, onun yerini “Porsche”nin bölmə rəhbəri Oliver Blume tutacaq.
Mənbə: TASS