Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenkskiyə qaz haqqında verilən suala məşhur şair Sergey Mixalkovun uşaq şeiri ilə cavab verib.
Jurnalistlər Ukrayna Prezidentindən danışıqlar zamanı qaz məsələsinin müzakirə olunub-olunmadığını soruşublar, o isə ölkə liderlərinin, həqiqətən də, bu məsələni qaldırdıqlarını deyib.
“Biz bu barədə ikitərəfli görüşdə danışmışıq... Və müşavirlər səviyyəsində həcmi, formatı və qiyməti müzakirə olunacaq”, - deyə Zelenski bildirib.
Bundan sonra mövzunu Rusiya lideri davam etdirərək, öz həmkarına qeyri-adi şəkildə cavab verib:
“Məşhur uşaq şeiri yadınızdadır: “A bizim mənzilimizdə qaz var. Bəs Sizin?” Sizin də var və olacaq. Və birgə və vicdanlı iş barədə razılaşa bilsək, ola bilsin ki, 25 faiz daha ucuz olsun”, - deyə Putin vurğulayıb.
Xatırladaq ki, noyabrın 18-də Rusiya Ukraynaya qaz nəqli üzrə müqaviləni uzatmağı təklif edib, bu şərtlə ki, tərəflər qaz sektorundakı iddialardan imtina etsinlər. Kiyev “Qazprom”un təklifinin qəbuledilməz olduğunu söyləyərək, öz şərtlərinə görə sövdələşmə təklif ediblər.