Bir sıra məşhur filmlərdə komik duetlərdə iştirak etmiş fransız aktyorlar Pyer Rişar və Jerar Depardye yenidən çəkiliş meydançasında görüşüblər. Onlar Çexovun əsəri əsasında çəkilmiş filmdə rol alıblar.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, yeni film klassikin hekayələrindən ibarət ardıcıl novellalardan ibarətdir. İki əfsanəvi aktyor bir yerdə “Aqafya” hekayəsinin əsasında olan epizodda çəkiliblər. Depardye “işə yararsız” kəndçi Savka, Rişar isə cənab qəhrəman rolunda oynayır. Onlar filmin digər epizodlarına ayrı-ayrılıqda da çəkiliblər.
Filmi fransız rejissor Jan-Pyer Mok çəkib. Filmin Fransadakı premyerası 2015-ci ilin martına planlaşdırılıb.
Qeyd edək ki, məşhur duet “Bəxtigətirməzlər” və “Atalar” komediyalarını yaradıb. Onların sonuncu birgə işi 1986-cı ildə “Qaçaqlar” filmi olub.
Bu il Jerar Depardye 66, Pyer Rişar isə 80 illik yubileyini qeyd edib.