Böyük Britaniya sakini Barbarella Byüxner iki pişiyinə ərə gedib. 48 yaşlı qadın bal ayını Kanar adalarında keçirib.
Oxu.Az-ın Lenta-ya istinadən verdiyi məlumata əsasən, ev heyvanları ilə nikaha girmək istəyən insanlara kömək edən sayt qadına pişiklərlə münasibətini təsdiq edən sənəd verib. Sənədin hüquqi qüvvəsi yoxdur.
Byüxnerin qohumları onun hərəkətini ağılsızlıq hesab edir.
Yeddi il əvvəl Byüxner sevdiyi kişidən ayrılıb. Bundan sonra o, ev heyvanları üçün sığınacaqdan Luqoşi və Spayder adlı pişikləri götürüb.
Qadın pişiklərlə Londonun şimalındakı evində yaşamağı planlaşdırır.