İranın paytaxtı Tehranda sirk tamaşalarının birində qorxunc hadisə baş verib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Tehran şəhər sirkində aslan öz təlimçisinə hücum edərək, onu parçalamağa çalışıb.
Təlimçini qəzəblənmiş aslanın ağzından qurtarmağa gələnlər heyvanı güllə ilə vurmağa məcbur olublar. Yalnız bundan sonra təlimçini xilas emək mümkün olub.