Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qıcqırmış giləmeyvələri yeyən ardıc quşları sərxoş oldular
Rusiyanın Novosibirsk şəhərində yerli sakinlər qeyri-adi bir mənzərənin şahidi olublar - azı yeddi fərddən ibarət olan ardıc quşu dəstəsi sərxoş vəziyyətdə yerdə yatıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "АСТ-54 Black" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, quşlar keçən ildən qalmış qıcqırmış giləmeyvələri yeyəndən sonra bu vəziyyətə düşüblər.
"Bəzi quşlar qıcqırmış giləmeyvələri huşsuz vəziyyətə düşənə qədər yeyiblər", - deyə şahid bildirib.
Qeyd edək ki, quşların sərxoşluğu təbiətdə nadir hadisə deyil. Hava temperaturunun yüksəlib azalması giləmeyvələrin qıcqırmasına səbəb olur. Nəticədə onunla qidalanan quşlar sərxoş olurlar.
Ekspertlərin sözlərinə görə, alkoqol quş orqanizminə insana olduğu təsir edir. Əvvəlcə quşlar isinir, sonra isə damarların kəskin daralması baş verir. Bu halda onlar donub ölə, ya da heyvanların ovuna çevrilə bilərlər. Mütəxəssislər belə quşları evə və ya təhlükəsiz yerə aparmağı, onlar özlərinə gəldikdən sonra isə su və yemək verməyi, qanadlanıb uçmaq vəziyyətinə gəldikdə isə buraxmağı tövsiyə edirlər.
"Alkoqolizm (Sərxoşluq)" teqi üzrə xəbərlər
- Avtobusda sürücü və sərnişin arasında ƏLBƏYAXA DAVA
- Naxçıvanda dostlar dava saldılar, kuryer ofisiantı bıçaqladı
- 47 yaşlı kişi sevgilisini fotoları ilə şantaj etdi - Övladlarını öldürməklə hədələdi
- Musiqiçi BIÇAQLA müğənninin evinə hücum çəkdi: Onu vurdu - TƏFƏRRÜAT
- Bakıda "Porsche" ilə sərxoş halda avtoxuliqanlıq edən qadın sürücü həbs olundu