Roadrunner cinsindən olan quşun zəhərli bir ilanla mübarizə apararaq onu öz yeminə çevirməsi görənlərin marağına səbəb olub.
Oxu.Az-ın AzadXeber.az-a istinadla verdiyi məlumata görə, hər quşun ilana məğlub edilməyəcəyini göstərən quş, dimdiyi ilə ilanın başından tutaraq daşa çırparaq öldürüb. Sonda isə ilan əti quş üçün əsl ziyafət kefinə çevrilib.