Saç ustalığı heç də sadə peşə deyil, amma çox yaradıcı və yüksək bədiilik tələb edən sənətdir.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, San-Antoniodan olan saç ustası Rob the Original kimi tanınan, Rob Ferrel, əsl rəssam olduğunu sübut edib. Çünki sadəcə qayçıdan və rəngli lakdan istifadə edərək, Rob müştərilərinin başında qeyri-adi rəsmlər, məşhurların portretlərini və məşhur personajların təsvirlərini yaradır.