Ötən gün intihar edən dünyaca məşhur aktyor Robin Uilyamsın xəbəri hər kəsi sarsıdıb.
ABŞ prezidenti Barak Obama bu gün çıxış edərək aktyor barədə fikirlərini bildirib. Prezident Robini öz sahəsində yeganə insan kimi gördüyünü deyib. Bununla yanaşı olaraq dünya ulduzları mərhum barədə sosial şəbəkələrdə fikirlərini bildiriblər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 64 yaşında həyatından bezib özünü öldürən Robin Uilyam həyatı boyunca 300-ə yaxın komediya, melodrama və dramlarda çəkilib. O, bir-birindən fərqli obrazları yaratmaqda çətinlik çəkmirdi. Uilyam sadəcə olaraq aktyor deyildi, o, brazlarını sanki yaşayırdı. Bu cür məharətli aktyor 2014-cü il avqustun 11-i dünyadan köçür, bununla da kino aləmi böyük bir insanı itirir.
Robin Uilyamsın 30 ən çox yaddaqalan və parlaq filmlərindən olan rollarını sizə təqdim edirik.

1999-cu il, "İki yüz illik adam" filmindən.

2002-ci il, "Yuxusuzluq" filmindən.

1995-ci il, "Cumanci" filmindən.

1991-ci il, "Kapitan Kryuk".

1998-ci il. "Arzular hara aparır?"

2007-ci il, "Nikah üçün lisenziya".

2013-cü il, "Böyük toy".

2009-cu il. "Ən yaxşı ata".

1997-ci il. "Afərin uil Xantinq".

"Muzeydə bir gecə" filmindən səhnə.

2014-cü il. "Bu səhər Nyu-Yorkda". Aktyorun sonuncu filmi.