Rus qızlardan biri sosial şəbəkədə evlənmək üçün maraqlı təklif irəli sürüb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrin birinə üzv olan rus qızı onunla evlənməyə hazır olan bəyin ilk növbədə ona 40 min dollar verməli olduğunu bildirib. Lakin rus qızın şərtləri bununla kifayətlənmir.
Lüks bir həyat yaşamağı arzulayan qız, bir sıra bacarıqları olduğunu, zərərli vərdişlərdən çəkindiyini və iki dil bildiyini də gizlətməyib.
O, kişilərin arzuladığı bir gəlin namizədi olduğunu düşünməklə bərabər, Hind okeanındakı adalardan birindəki hər hansısa 5 ulduzlu oteldə qalmaq istəyir.
Qeyd edək ki, gözəlliyindən olduqca razı olan bu qız 3 ildən artıqdır gözlədiyi namizədi tapa bilməyib.