Rusiyanın Yakutsk şəhərində günün günorta çağı Günəş yoxa çıxıb. Sosial şəbəkələrdə bununla bağlı çoxlu görüntülər yayılıb.
“Podyom” “Telegram” kanalının məlumatına görə hadisəyə səbəb, Yakutiyada meşə yanğınlarıdır.
“Təqribən saat 13:30 radələrində birdən gündüz gecəyə çevrildi. Biz çox qorxduq. Təqribən bir saatdan sonra hava işıqlandı. Göydən kül yağır”, - deyə yerli sakinlərdən biri bildirib.
Rusiyada günün günorta çağı Günəş görünməz oldu - FOTO/VİDEO
Tüstü səbəbindən yanğınları söndürmək üçün cəlb olunan BE-200 və İL-76P təyyarələri öz işini dayandırmalı olub.
Qeyd edək ki, ümumilikdə respublikada 164 meşə yanğınları qeydə alınıb. Sutka ərzində ümumilikdə 61 hektar sahədə 15 yanğın ocağı söndürülüb.