Gənc Azərbaycan fotoqrafı Cavid Məmmədov 1992-ci ildə Bərdə rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ciddi şəkildə incəsənətlə məşğul olub, müvafiq təhsil alıb, istedadı dəfələrlə mükafatlandırılıb.
2007-2010-cu illər ərzində Cavid bir neçə müsabiqədə iştirak edərək 1-ci və 2-ci yerləri qazanıb.
2010-cu ildə təhsilini davam etdirmək qərarına gələn Cavid Moskvaya köçür və National Design University-yə qəbul olur. Təxminən elə o zaman fotokamera alır və Nikon şirkətində ödənişsiz dərslər almaq imkanı qazanır.
Bu, Cavid üçün məqsəd və səylərini kəskin dəyişdirən dönüş nöqtəsi oldu. Fotolarla maraqlandığı üçün dərslər götürməyə davam etdi, kitablar oxudu və tezliklə böyük uğurlar əldə etdi. O artıq bir neçə online jurnalda işləyib və çoxsaylı sərgilərdə iştirak edib.
Artıq iki ildir ki, o böyük əzmlə öz sevdiyi iş ilə məşğul olur.
Oxucularımıza böyük ümidlər vəd edən bu gənc fotoqrafın işlərindən seçmələri təqdim edirik. Şəkillər Moskvada çəkilib və Rusiya paytaxtının sakinlərinin gündəlik həyatını əks etdirir.