Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyalı fermer yetişdirdiyi tərəvəzlə keçənilki rekordu yenilədi
Rusiya paytaxtında maraqlı bir müsabiqə keçirilib. Ölkənin ən yaxşı fermerləri paytaxta toplaşaraq nəhəng tərəvəzləri ilə öz nailiyyətlərini nümayiş etdiriblər. Lakin tədbirin əsas ulduzu Moskva vilayətindən olan 28 yaşlı Aleksandr Çusov tərəfindən yetişdirilmiş nəhəng balqabaq olub.
Oxu.Az-ın verdiyi məlumata görə, "Shot" "Telegram" kanalı bununla bağlı maraqlı görüntülər paylaşıb.
Bildirilir ki, 817 kiloqram olan nəhəng tərəvəz Rusiyada rekordu təzələyib. Bu, keçənilki rekorddan 46 kiloqram çoxdur.
Qeyd edək ki, adi balqabağın orta çəkisi təxminən 7-8 kiloqramdır. Beləliklə Çusovun yetişdirdiyi tərəvəz normadan 100 dəfə ağırdır.