Samsung şirkəti İFA 2014 sərgisində yeni Galaxy Note4 smartfonunu təqdim edib.
Oxu.Az Mignews-a istinadən xəbər verir ki, telefonun iki displeyi var. Onların birinin ekranında daha çox istifadə edilən əlavələrin işarələri çıxarılıb.
İkinci displeydə müxtəlif bildirişləri görmək olar, bu hətta əsas ekran başqa bir məqsədlə istifadə edildiyi zaman da mümkündür. Yeni qacet daha dəqiqdir, 5,7 düymlük displey metal çərçivədədir, 3 giqabaytlıq operativ yaddaşa və 32 qiqabaytlıq əlavə yaddaşa malikdir.
Əvvəlki modellər kimi koreyalıların yeni flaqmanı Galaxy Note smartfonunun da ekranında idarə stilusu yerləşdirilib.
Smartfonda kameraların texniki imkanları yaxşılaşdırılıb. Arxa kamera 16 piksellik matrisa əldə edib. Bu kamera optik sabitləşdirmə sistemi və ikiqat diodlu işıqla təchiz edilib. Smartfon iki versiyada: dördnüvəli və səkkiznüvəli prosessorla istehsal edilir.