Sarıkök bu gün üçün ən çox tədqiq edilən bitkilərdəndir. Onun müalicəvi xüsusiyyətləri və komponentləri 5600-dən çox biotibbi tədqiqatın predmeti olub.
Oxu.Az xəbər verir ki, alimlər sarıkökün 600-dən çox potensial profilaktik və terapevtik xüsusiyyətlərini, eləcə də 175 müxtəlif faydalı fizioloji effektini aşkarlayıblar. Aşağıdakı siyahıda onlardan bəziləri verilib:
1. Sarıkök – təbii antiseptik və effektiv antibakterial vasitədir.

2. Prostat vəzdə şişlərin qarşısını alır və ya inkişafını dayandırır.

3. Süd vəzilərinin və ağ ciyər xərçənginin qarşısını alır.

4. Melanomanın qarşısını alır, mövcud melanomanın hüceyrlərini məhv edir.

5. Uşaqlarda leykemiya riskini azaldır.

6. Qara ciyərin təbii təmizləyicisidir.

7. Altsgeymer xəstəliyinin inkişafının qarşısını alır və beyində amiloid çöküntüləri məhv etməyə qadirdir.

8. Xərçəngin müxtəlif fomalarında metastazın yaranmasını önləyir.

9. Əks təsiri olmayan güclü soyuqdəyməyə qarşı vasitədir.

10. Yaddaşsızlığın, diqqət dağınıqlığının inkişafını ləngidir.

11. Təbii effektiv ağırkəsicidir.

12. Piylərin metobolizmində iştirak edir və çəkiyə nəzarətə yardım edir.

13. Qədim zamanlardan Çin təbabətində depressiyanın müalicəsi üçün istifadə edilir.

14. Artrit və revmatoid artridin müalicəsində istifadə edilir.

15. Kimyaterapiyanın effektini gücləndirir və əks təsirini azaldır.

16. Mədəaltı vəzinin xərçəngi ilə mübarizədə perspektivlidir.

17. İnkişaf etmiş mielomanın müalicəsi zamanı müsbət effekt müşahidə edilir.

18. Şişlərdə yeni qan damarlarının yaranmasının qarşısını alır.

19. Yaraların sağalmasını tezləşdirir və zədələnmiş dərinin regenerasiyasına təsir edir.

20. Psorioz və digər dəri xəstəlikləri zamanı yardım edir (popmech.ru).
