Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu gün saat 2.00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində kənd sakini Şamnur Namazovun idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurması nəticəsində o və sərnişini, həmkəndlisi Tural Mehdizadə hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az