Adı dəqiqləşdirilməyən Səudiyyə Ərəbistanının vətəndaşı arvadından onun WhatsApp mesencerindəki mesajına cavab vermədiyi üçün ayrılıb. Bu barədə The Hindu xəbər verib.
30 yaşlı kişi deyib ki, onun keçmiş həyat yoldaşı bütün vaxtını telefona sərf edirdi. Onun dostları və ailəsi ilə yazışması ucbatından öz ailəsinə yetərincə diqqət ayırmadığından uşağı belə əziyyət çəkirdi.
Kişi arvadın onun mesajına cavab verməməsinin səbəbinin həmin an rəfiqəsi ilə danışmasında olmasını açıqlayıb.
Daha öncə o arvadını mobil telefonsuz qoymaq istəyib, amma tez bir zamanda fikrini dəyişib, belə ki, telefon qadının qohumları ilə yeganə əlaqə vasitəsi idi.