Microsoft-a aid Skype kommunikasiya servisi nəhayət ki, qrup videozəngləri sahəsindəki rəqiblərinə uyğunlaşmağın vacib olduğunu qəbul etdi.
Qrup videozəngləri “Windows”, “Linux” əməliyyat sistemli kopmüterləri olan istifadəçilər və “Xbox” konsolu üçün ödəniş ləğv ediləcək.
Oxu.Az Skype-a istinadən xəbər verir ki, məsələn, Google Hangouts və bir sıra analoji servislərdə çoxkanallı videozənglər ödənişsiz olacaq.
Skype istifadəçiləri son ana qədər Skype Premium akkauntuna abunə olmalı və aylıq 9 dollar ödəməli idilər.
“Bu gün biz qrup videozənglərinin bu platformada bütün istifadəçilər üçün (Wimdows, Mac – red.) ödənişsiz olacağı xəbərini verməyimizə sevinirik. Gələcəkdə istifadəçilərimiz üçün bütün platformalarda qrup videozəngləri ödənişsiz olacaq”, - Skype rəsmi səhifəsində deyilir.
Skype videoçatın vasitəsi ilə 10 nəfərə qədər adam olan qrupda ünsiyyət yaratmağa imkan verir. Şirkətin nümayəndələri gələcəkdə, mobil platformalarda da qrup videozənglərinin ödənişsiz olacağını vəd etdilər.