“Köynəklərimiz çox qısa, ətəklərimiz isə dardır”, - Hon-Konq Cathay Pacific aviadaşıma şirkətinin stüardessaları deyir.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, onlar libaslarının daha konservativ geyimlə əvəz edilməsini tələb ediblər. Onların fikrincə cari uniforma çox seksualdır. Bu, dar ətək və qısa köynək stüardessanı seksual təcavüz riski ilə üzbəüz qoyur.
Həmkarlar təşkilatı iddia edir ki, bu geyim tətbiq edildikdən sonra sərnişinlərin stüardessalara qarşı seksual təcavüz faktlarının sayı artıb, qızlar belə təcavüzlərə hər 10 reysdən bir məruz qalırlar.
Milli Cathay Pacific aviadaşıma şirkəti stüardessalar üçün yeni formanı üç il bundan öncə tətbiq edib.
Modelyer Eddi Launun yaratdığı forma ağ köynək və arxadan kəsiyi olan qırmızı ətəkdən, nazik qara corab və hündürdaban qara çəkmədən ibarətdir. Dəstə eləcə də qırmızı pencək daxildir.
Uniformada dəyişiklik qarşıdakı 10 il müddətində nəzərdə tutulmurdu, amma Stüardessalar İttifaqı dizaynın dəyişilməsini tələb edir. Onlar iddia edirlər ki, şirkət belə formanı məhz sərnişinlərin diqqətini çəkmək üçün tətbiq edib.
Bələdçilər iddia edirlər ki, sərnişinlərin çoxu xüsusilə də birinci siniflə uçan sərnişinlər hesab edirlər ki, onlara hər şeyə icazə verilib.
“Sonra üzr istəyərək, bununla da münaqişənin sona çatdığını düşünürlər” - deyə qızlar bildirib.
Bəzi hallarda isə rəhbərlər belə hallar reysi gecikdirə bilər deyə, bu barədə ümumiyyətlə, danışmamağı deyirlər.
Aliyə İsmayılzadə
www.oxu.az