Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Təkamülün çoxillik sirri açıldı
Beynəlxalq tədqiqatçılar qrupu müəmmalı hominoid “Oreopithecus bambolii”nin xüsusi həyat tərzi apardığını, ağaclara dırmaşmadığını və insan kimi şaquli vəziyyətdə yerimədiyini müəyyən edib. Bu kəşf hərəkətin müxtəlif növlərinin təkamülü haqqında daha çox məlumat əldə etməyə imkan verir.
Bu barədə “Phys.org” nəşrində yerləşdirilən press-relizdə deyilir.
Qeyd edilir ki, heyvan müasir Sardiniya və Toskana ərazisində 6,7-8,3 milyon il əvvəl yaşayıb. Onun mövcud olduğunu göstərən ilk sübutlar hələ 1872-ci ildə əldə edilmişdi, lakin onun necə hərəkət etdiyi indiyə qədər dəqiq bilinmirdi.
Mütəxəssislərin bir qismi onun dırmaşa, digərləri isə düz yeriyə bildiyini hesab edirdilər. Hominoidin hərəkətinə dair çoxillik sirri öyrənmək üçün paleontoloqlar yeni tədqiqatlar zaman 1958-ci ildə kömür mədənində tapılmış ən dolğun skeleti araşdırıblar. O, 30 kiloqram ağırlığında kişiyə məxsus idi.
Tədqiqatçılar daşlaşmış qalıqları müasir və digər qədim primatların sümükləri ilə müqayisə ediblər. Məlum olub ki, onun bədəni gibbonunkuna bənzəyir. Digər bir xüsusiyyət isə, dörd deyil, müasir meymunlara xas olan beş bel fəqərəsinin olmağıdır. “Oreopithecus bambolii” çanağının strukturuna görə bütün digər məlum primatlardan fərqlənir. Belə ki, çanaq sümüyünün üst hissəsi eninə və oturaq hissəsi isə uzununa idi, bu da miotsen dövrünün (23-5 milyon il əvvəl) hominoidləri üçün səciyyəvidir.
Çanağının quruluşu müasir meymunlar kimi şaquli vəziyyətdə yeriyə bildiyindən xəbər versə də, “Oropithecus bambolii” insan kimi gəzə bilmirdi. Bu heyvanlar adada yaşayırdılar və təhlükəsiz hərəkət edə bilirdilər, ona görə də ağaclara dırmaşmaq bacarığına ehtiyac yox idi.
Hominoidlər gibbon və hominidlər ailəsinin daxil olduğu fəsildir. Hominidlər isə insan və insanabənzər meymunları özündə ehtiva edən primatlar ailəsidir.