Etihad Airways (Abu-Dabi) aviaşirkəti yeni, üçotaqlı nömrələri olan Airbus A380-ni təqdim edib.
Oxu.Az The Mirror-a istinadən oxuculara tezliklə birinci sinif sərnişinlərinin necə səyahət edəcəyini əks etdirən fotoları təqdim edir.
Daha çox pul ödəməyə hazır olan sərnişinlər üçotaqlı lüks nömrələrdə uçacaqlar.
A380-nin üst göyərtəsi qonaq, yataq və vanna otağından ibarət mehmanxana nömrələri kimi quraşdırılıb.
Aviaşirkət bu yolla daha yüksək xidmət servisi əldə etməyə ümid edir.
Cəmi 10 ədəd olan bu təyyarələrin birinciləri Etihad dekabr ayında almağı planlayır. Təyyarə Abu-Dabi – London reysi üzrə uçacaq.
Aviaşirkət eləcə də öz yeni Boeing-787 təyyarələrində birinci sinif üçün xidmət servisini yüksəltməyi planlayır.
Aliyə İsmayılzadə
www.oxu.az