Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Titanik faciəsindən xilas olan türk
Məşhur türk həkim 1513 insanın öldüyü dünyanın ən böyük faciəsindən xilas olmağı bacarmışdı.
İki mindən çox insan 14 Aprel 1912-ci ildə "dünyanın hərəkət edə bilən ən böyük obyekti" üzərində böyük bir kabus yaşamışdı. Titanik batdı və 1500-dən çox adam Atlantik okeanında həyatını itirdi.
Lakin bu faciədən xilas olanlar da var idi. Bunlardan biri türkiyəli həkim Bəsim Ömər Akalın idi.
Bəsim Ömər qadın və uşaq xəstəlikləri mövzusunda Türkiyənin qabaqcıl həkimlərindən idi. Hərbi tibbdən məzunu olduğu üçün "Bəsim Ömər Paşa" kimi tanınırdı. Darülfünunda rektor, iki dəfə millət vəkili olan Bəsim Ömərin 1861-1940-cı illər arasında 50-yə qədər yazıları, əsərləri dərc olunmuşdu. Bunlar arasında Türkiyədə nəşr olunan ilk sağlamlıq illiyi sayılan "Nevsali Afiyet" də var.
Bəsim Ömər 1912-ci ildə Nyu-Yorkdakı bir səhiyyə konqresinə getmək üçün məşhur Titanikdə səfərdən bir ay əvvəl özünə kamera ayırtmıştı. Səfərə Titanikin sonradan yola düşəcəyi Fransanın “Cherbourg” limanından çıxmalı idi. Ancaq Bəsim Ömərin olduğu qatar Fransadakı şiddətli yağış və torpaq sürüşmələri nəticəsində 16 saat gecikir.
Məşhur həkim “Cherbourg”a çatanda Titanik limandan 4 saat idi ki ayrılmışdı. Ömər Bəsim Nyu -Yorka gedəcək bir başqa gəmini gözləyərkən Titanikin batdığı xəbəri gəlir. Üstəlik ölən sərnişinlər siyahısında onun da adı var idi.
O, “Cherbourg”dan minik vasitəsi ilə gəmiyə yetişə bilməyən tək sərnişin idi və adı da siyahıdan çıxarılmamışdı...
İllər sonra böyük elm adamı bu hadisəni bir jurnalistə izah edərkən "Titanikdən xilas olan tək türk mənəm ... Onun üçün artıq heç bir qəzadan qorxmuram" demiş və cümlələrinə bu sözləri əlavə etmişdi:
“1513 ölü ... Bir az da tez getsəydim bu rəqəmi 1514 edə bilərdim. Həyatımı, bir gəmiyə gecikməyimə borcluyam!”
Aytən Sadıqzadə
www.oxu.az
"Fransa" teqi üzrə xəbərlər
- Fransa polisi dinc nümayişçilərə hücum edib: Üç nəfər yaralanıb
- Fransada Rusiyanın iki telekanalına yayım qadağası
- Fransanın keçmiş baş naziri içərisində güllə olan təhdid məktubu aldı
- Xorvatiyanın baş naziri yığmanın Fransa üzərindəki qələbəsini Makrona gülərək işarə etdi
- Fransadan öz vətəndaşlarına xəbərdarlıq: "İranı tez tərk edin"