Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyədə unikal layihə: Yolda sabit sürətlə hərəkət edəndə "Türk marşı" eşidilir
Türkiyədə ilk dəfə tətbiq olunan "Melodiyalı yol" layihəsi istifadəyə verilib. Belə ki, xüsusi texnologiya ilə hazırlanmış yol örtüyü vasitəsilə avtomobillər müəyyən sabit sürətlə hərəkət etdikdə, yol səthindəki oyuqlar vasitəsilə Motsartın məşhur "Türk marşı" melodiyası eşidilir.
Oxu.Az-ın "A Haber"ə istinadla məlumatına görə, bu barədə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu xəbər verib.
O, layihənin Ankara vilayətinin Nallıhan rayonunda, Eymir kəndi yaxınlığında həyata keçirildiyini açıqlayıb.
"Sistemin işləməsi üçün yolun düz, səssiz və yüksəksürətli olması vacibdir", - deyə qurum rəhbəri vurğulayıb.
Layihənin ikinci mərhələsi 17 may 2025-ci ildə Ankara-Eskişehir yolunun Sivrihisar çıxışında yerləşən Kertek bölgəsində başlanıb.
Uraloğlu bildirib ki, bu cür yollar yaşayış məntəqələrindən uzaqda seçilir ki, səs-küy narahatlığı yaranmasın.