İqtisadiyyatın xilas edilməsi üçün lazım olan 50 milyard avronu toplamaq üçün ölkə bu cənnət məkanlarından bəzilərini satışa çıxarıb.
Oxu.Az indi alınması mümkün olan 11 ən ucuz yunan adasının siyahısını təqdim edir.
Omfori adası – 50 milyon avro (55 milyon dollar)

Yerləşir: İon dənizində.
Mənimsənilməsi: qismən mənimsənilib.
Ölçüsü: 4,5 milyon kvadrat metr.
Bu adada yalnız bir tikili var, şəkildə onu görürsünüz. Bu adanın 20% sahəsində tikili üçün icazə var. Əgər alıcı yaxşı investisiya perspektivləri sübut edə bilsə, hökumət gələcəkdə mənimsənilməsinə icazə verəcək.
Dulixiy adası – 40 milyon avro (44,1 milyon dollar)

Yerləşir: İon dənizində.
Mənimsənilməsi: mənimsənilməyib.
Ölçü: 5,4 milyon kvadrat metr.
Hal-hazırda bu, satışa çıxarılmış nəhəng özəl adadır. Adanın ən hündür nöqtəsi – dəniz səviyyəsindən 250 metr yüksəklikdədir. Adada dörd min zeytun ağacı və kollar bitir. Ada mənimsənilməyib, amma arzu olunduğu halda elit kurorta çevrilə bilər.
Şimali-Egey adası – 35 milyon avro (38,6 milyon dollar)

Yerləşir: Egey dənizində.
Mənimsənilməsi: mənimsənilməyib.
Ölçüsü: 348 029 kvadrat metr.
Bu ada Afinadan yarım saatlıq məsafədə yerləşir. Bu yaxınlığa görə ada artıq çoxsaylı xarici inşaatçıların diqqətini çəkib.
Müqəddəs Foma adası – 15 milyon avro (16,5 milyon dollar)

Yerləşir: Korinf yaxınlığında Saronik körfəzində.
Mənimsənilməsi: mənimsənilməyib.
Ölçü: 1,21 milyon kvadrat metr.
Ada Korinfdən 20 dəqiqəlik və Afinadan 45 dəqiqəlik məsafədə yerləşir. Ada öz gözəllikləri ilə məşhur olan “Diapori zənciri” adaları qrupuna daxildir.
Nafsika adası – 6,9 milyon avro (7,6 milyon dollar)

Yerləşir: İon dənizində.
Mənimsənilməsi: mənimsənilməyib.
Ölçüsü: 5 milyon kvadrat metr.
Bu yaxınlarda satılsa da hələ də Private Islands Online saytındadır. Bu dağlıq ada – İon dənizində mənimsənilməyən son məkanlardandır.
Kardiotissa adası – 6,5 milyon avro (7,2 milyon dollar)

Yerləşir: Egey dənizində.
Mənimsənilməsi: mənimsənilməyib.
Ölçüsü: 1,13 milyon kvadrat metr.
Bu, Egey dənizinin mərkəzində nəqliyyat üçün çox rahat yerdir və dayvinq və yelkən idmanı üçün turistik mərkəzin yaradılması üçün ideal məkandır.
Nissos Sofiya adası – 5,5 milyon avro (6 milyon dollar)

Yerləşir: İon dənizində.
Mənimsənilməsi: mənimsənilməyib.
Ölçü: 176 000 kvadrat metr.
Bu ada şəxsi mülkiyyətdir və Su-bataqlıq beynəlxalq Ramsar konvensiyası ilə mühafizə edilir, bu, o deməkdir ki, onun sularına kommersiya gəmiləri daxil ola bilməz.
Kifnos adası – 5 milyon avro (5,5 milyon dollar)

Yerləşir: Egey dənizində, Kikladı arxipelaqının qərbində.
Mənimsənilməsi: mənimsənilməyib.
Ölçü: 191 182 kvadrat metr.
Bu ada Afinadan bir saat dəniz yolu məsafəsində yerləşir, orda isə 20-yə yaxın ev var. Onları yalnız icarəyə götürmək olar.
Stroqqilo adası – 4,5 milyon avro (5 milyon dollar)

Yerləşir: Dodekanes arxipelaqında Egey dənizində.
Mənimsənilməsi: mənimsənilməyib.
Ölçüsü: 218 530 kvadrat metr.
Məşhur Marafos yarımadasının yaxınlığında yerləşir.
Mənimsənilməsi: mənimsənilməyib.
Burada suyu sadə filtirdən keçirdikdən sonra içmək mümkündür, elektrik cərəyanını isə Marafosdan çəkmək olar.
Qaya adası – 3 milyon avro (3,3 milyon dollar)

Yerləşir: İon dənizində Ehinada adalar qrupunda.
Mənimsənilməsi: qismən mənimsənilib.
Ölçüsü: 174 014 kvadrat metr.
Su idman növləri, yelkənli idman, balıq tutmaq, dayvinq və çimərlik üçün əla məkandır. Qiyməti Londonun prestijli rayonunda satılan evlərdən ucuzdur.
Lihnari yarımadası – 3 milyon avro (3,3 milyon dollar)

Yerləşir: Korinfdən 10 dəqiqəlik məsafədə.
Mənimsənilməsi: mənimsənilməyib.
Ölçüsü: 384 451 kvadrat metr.
Burada içməli su, yol və çoxsaylı zeytun ağacları var.
E.Ə.
www.oxu.az