YouTube-də yayılan sosial çarx əyani şəkildə valideynlərin hərəkətlərinin uşaqlara, onların gələcəyinə və davranışına necə təsir etdiyini əks etdirir: aqressiv ananın özünə bənzər qızı, əl qaldırmağa meyilli olan atanın isə çox güman ki, ailədə belə davranışa adi baxan oğlu olacaq, Oxu.Az xəbər verir.
Əgər ata siqaret çəkirsə, oğlu ondan nümunə götürəcək, alkoqol düşkünü olan ananın qızı ondan çox da uzağa getməyəcək. Rastlaşdığımız istisnalar isə bizə bunun doğruluğunu göstərir.
Videoçarx insanları öz uşaqlarından kimi böyütmək istədikləri haqqında bir daha düşünməyə vadar edir – psixi problemləri olan uğursuzları və ya mənəvi dayanıqlı və sağlam cəmiyyətin tam hüquqlu üzlərini.
Aliyə İsmayılzadə
www.oxu.az