Çində mənşəyi məlum olmayan xəstəlikdən əziyyət olan 13 aylıq Yuanyuanın durumundan ailəsi çarəsiz vəziyyətdə qalıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, körpənin anası Vu Linjiao doğma balasının xəstəliyinin müayinəsi və müalicəsi üçün 100 min yuandan (təxminən 18 min manat) çox pul xərclədiklərini, ancaq edilən bütün müayinələrə baxmayaraq xəstəliyin səbəbinin təyin olunmadığını bildirib.
Guangdong əyalətinin Şenzen şəhərində yaşayan və doğulan zaman 2.5 kiloqram olan xəstə uşağın çəkisində bu 13 ay ərzində sadəcə 50 qramm artım olub.