Hollandiya donanmasında qrup seks qalmaqalı ölkədə böyük səs-küy yaradıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Hollandiya donanmasının dəniz quldurları ilə mübarizə məqsədilə Somali sahillərindəki “Zr.Ms.Evertsen” adlı xidməti gəmisində bəzi qadın və kişi heyətin spirtli içkilər içərək qrup seks “parti”ləri təşkil etdiyi ortaya çıxıb.
Donanmanın mətbuat xidmətinin rəhbəri Robin Middel verdiyi açıqlamada “seks qalmaqalını” təsdiqləyib.
“Evertsen adlı gəmidə 2 qadın xidmətçi ilə xüsusi qüvvələrin iki kişi üzvü gəmidə həddindən artıq miqdarda spirtli içki qəbul edib. Qadağan olunmasına baxmayaraq, qadın ekipaj ilə xüsusi qüvvələrin üzvləri gəmidə tez-tez cinsi münasibətdə olublar” - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Qanuna əsasən donanma gəmilərində 2 qədəhdən çox spirtli içki qəbul etmək qadağandır.