Türkiyədə maraqlı bir hadisə baş verib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Qaziantepdə əkinçiliklə məşğul olan Mehmet Tan adlı vətəndaş kəsmək üçün aldığı xoruzun banlayan zaman “ana” dediyini iddia edir.
Fermerin sözlərinə görə, xoruzu kəsmək istəyərkən o “ana” deyə qışqırıb.
O qeyd edib ki, xoruz körpə uşaq kimi səs çıxardıb. Bu hadisədən sonra xoruzu kəsməyə ürəyi gəlməyən Mehmet Tan bunun bir möcüzə olduğunu söyləyib.
O, dəvənin “Allah, Allah” dediyini gördüyünü, lakin ana deyən heyvanı ilk dəfə müşahidə etdiyini deyib.