“28 Cinema” kinoteatrı jurnalist və bloqqerlər üçün “Baş itirməyin milyon üsulu” filminin nümayişini keçirir.
Oxu.Az xəbər verir ki, Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”, iyul ayının 8-də yerli media nümayəndələri üçün “Baş itirməyin milyon üsulu” filminin 2 gün öncədən premyerasını keçirir. Qeyd edək ki, bu seansa izləyicilər də həmçinin bilet alıb premyeranı ilk olaraq qiymətləndirə bilərlər.
Filmdə hadisələr vəhşi Qərbdə baş verir. Uyğunsuz yerdə və zamanda aşiq olmağa nə vadar edib? Burada restoranlarda kobudluq edirlər, isti suya əfsanələr qoşurlar, nəqliyyatda da vəziyyət uçuruma doğrudur. Lakin naməlum qadının gözəl bədən quruluşu var, və o, çox yaxşı güllə atır. Belə gözəlçədən öz xoşuna kim imtina edər?
“Baş itirməyin milyon üsulu” komediya və vestern janrında çəkilib. Filmin rejissoru və baş qəhrəmanı Set MakFarleyndir. Bundan başqa filmdə Şarliz Teron, Amanda Sayfred, Liam Nison və Nil Patrik Harris kimi Hollivud ulduzları yer alıb.
Film kinoteatrın repertuarına iyul ayının 10-dan etibarən daxil olacaq.