Hər zaman müxtəlif kampaniya və aksiyaları ilə öz müştərilərini sevindirən “28 Cinema” növbəti dəfə möhtəşəm aksiya keçirir.
Oxu.Az xəbər verir ki, kinoteatr 30 İyun Sevgililər günündə sevgililər üçün xüsusi gün təşkil edəcək.
Yalnız bir gün - 30 İyun Sevgililər günündə 1 bilet alana ikinci bilet pulsuz veriləcək. Bundan başqa “28 Cinema” kinoteatrı tərəfindən xüsusi hazırlanmış şam yeməyi hədiyyə olaraq təqdim olunacaq.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.