Texaslı Laura Yanqın yerli mağazaların birindən aldığı 35 dollarlıq büstün Roma İmperiyası dövrünə aid 2000 illik artefakt olduğu ortaya çıxıb.
Məlumata görə, Yanq sənət əsərini aldıqdan sonra onun həqiqi dəyəri barədə məlumat öyrənmək üçün Texas Universitetinin sənətşünasları, eləcə də ölkənin müxtəlif yerlərindəki kolleksiyaçılarla və hərrac evləri ilə əlaqə saxlayıb.
Mütəxəssislər bunun Qədim Roma artefaktı olduğunu təsdiqləyiblər. “Sotheby's” hərrac evinin məsləhətçisi Yorq Deterlinq isə onun eramızdan əvvəl I əsrin sonuna, ya da eramızın I əsrinin əvvəllərinə aid olduğunu müəyyən edib.
“Kişi portreti” adlı büst San Antonio Muzeyində nümayiş etdirilib. Artefakt burada 2023-cü ilin may ayına qədər qalacaq, sonra isə Almaniyaya qaytarılacaq (Laura Yanq təzminat barədə sualı cavablandırmayıb).
Посмотреть эту публикацию в InstagramGüman edilir ki, büst İspaniyada Qay Yuli Sezarın tərəfdarlarına qarşı mübarizədə pompeylilərə rəhbərlik edən romalı general və siyasətçi Sekst Pompeyi təsvir edir. Onun yeganə məlum portreti Parisdə Luvr muzeyindədir.
Mənbə: Daily Mail
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb
- Almaniya kəşfiyyatı yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsula əl atdı
- Hitlerin "Qartal yuvası"nı yandıran şəxs tutuldu - Foto
- Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırıldı
- Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu
Digər xəbərlər