Azərbaycan növbəti dəfə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən “Golden Sparkles European Music Festival”da təmsil olunacaq.
Oxu.Az-ın məlumatına görə, müsabiqədə ölkəmizi 7 yaşlı Aylin Nəcəfli təmsil edəcək. Dövlət Kukla Teatrının solisti olan Aylin lap kiçik yaşlarında səhnədə və teatrın tamaşalarında iştirak edir.
Qeyd edək ki, 30-a yaxın ölkənin iştirak edəcəyi festivalda Azərbaycan deleqasiyasının rəhbəri və ölkəmizi münsiflər heyətində prodüser, fəlsəfə elmləri doktoru Hüseyn Cavadzadə təmsil edir. O açıqlamasında müsabiqə ilə bağlı bunları söylədi:
“Artıq ikinci ildir ki, Avropa musiqi müsabiqəsində təmsil olunuruq. Aylin çox gözəl musiqi duyumuna malikdir və istedadlıdır. İnanıram çox gözəl nəticə ilə geri qayıdacaq”.