Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ancelina Colini məhkəməyə verən Bred Pitt üçün qərar açıqlandı
Kaliforniya Ali Məhkəməsi məşhur Hollivud aktyoru Bred Pittin uşaq qəyyumluğu işi ilə bağlı şikayətini rədd edib.
Payızın əvvəlində aktyor övladlarının qəyyumluq məsələsinə yenidən baxılmasını tələb etmişdi.
Qeyd edək ki, iyul ayında apellyasiya məhkəməsi Pittin keçmiş həyat yoldaşı Ancelina Colini altı uşağın faktiki olaraq yeganə qəyyumu olduğu barədə hökm çıxarmışdı.
Pittin vəkilləri iş üzərində işləməyə davam edəcəklərini, bunun üçün müstəqil ekspertlər cəlb edəcəklərini bildiriblər.
Mənbə: People
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar