ATV-nin aparıcısı Mətanət Əliverdiyeva “KinoSınaq” layihəsinin qonağı oldu.
Oxu.Az xəbər verir ki, əvvəl ciddi xəbər aparıcısı kimi tanınan M.Əliverdiyeva həm də şou verilişinin aparıcısı kimi geniş tamaşaçı auditoriyasının ürəyini ovsunlamağı bacardı. Bununla o, sübut etdi ki, əgər aparıcı doğrudan da istedadlıdırsa, hər bir ampulada özünü təsdiq edəcəkdir.
“KinoSınaq”da isə siz Mətanət xanımı heç vaxt görmədiyiniz obrazda görəcəksiniz. O, 1980-90-ci illərdən bu yana döyüş filmlərinin əvəzolunmaz ulduzu, amerikalı kinoaktrisa və idmançı Sintiya Rotrokun müxtəlif obrazlarını canlandırdı.
Qeyd edək ki, Sintiya Rotrok tamaşaçılara “Bəli, madam” (“Yes, Madam”), “Sürətli qaçış” (“Fast Getaway”), “Ledi əjdaha” (“Lady Dragon”), “Ledi əjdaha 2” (“Lady Dragon 2”), “Məğlubedilməz” (“Underfeatable”), “Əlbəyaxa döyüşün qanunları” (“Martial Law”) və s. filmlərdən yaxşı tanışdır.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az