Fevralın 7-dən 9-dək Rusiya Dövlət Akademik Böyük Teatrında SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, səhnə əsərinə Rusiyanın Əməkdar artisti Pavel Sorokin dirijorluq edəcək.
Əsərin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb.
A.S.
www.oxu.az