Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” bazar günü istirahətini, premyerası olacaq yeni türk filmini izləməklə keçirməyə dəvət edir.
Oxu.Az xəbər verir ki, may ayının 4-dən etibarən kinoteatr Türkiyə istehsalı olan komediya janrında çəkilmiş “Aşk oyunu” filminin nümayişlərinə başlayır.
Cevat İstanbulda yerləşən İtalyan restoranlarının birində peşəkar aşpaz işləyir. Bir gün Cevat bir müddət əvvəl həyatını itirmiş atası Ekremi görür. Ekrem oğluna “Qalatasaray”ın gələcək oyunlarına və çempionluğa gedən yol üçün bəzi işarələr verir. Cevat dərhal yoldaşlarını yığıb işə başlayır. Lakin tezliklə Cevat və yoldaşlarının planlarında heç olmayan bir hadisə baş verəcək və bu hadisə gənc aşpazı həyatı və münasibətləri arasında qalacağı bir macəraya sürükləyəcək.
Film Türkiyə istehsalıdır. Filmin rejissoru Umut Yüksel, rolları isə Kemal Uçar, Pınar Göktaş, Lemi Filozof kimi məhşur türk aktyorları oynayıb.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.