Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Astana və Şuşa ilə qardaşlaşmış Türkistan şəhərlərində “Şuşa günləri” keçirilib - FOTO/VİDEO
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Qazaxıstanın Mədəniyyət və İnformasiya nazirliyinin birgə təşkilatçılığı ilə 3-6 oktyabr tarixlərində Astana və Şuşa ilə qardaşlaşmış Türkistan şəhərlərində “Şuşa günləri” keçirildi.
Bu barədə məlumatı Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov özünün “X” sosial şəbəkə hesabında paylaşıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin rəhbəri Aydın Kərimovla bərabər, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva, Milli Məclisin deputatları Fatma Yıldırım və Nizami Cəfərov, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və adı çəkilən qurumların nümayəndələri iştirak edirdilər.
@_ITCHF, @Shusha_City və 🇰🇿 Mədəniyyət və İnformasiya nazirliyinin birgə təşkilatçlığı ilə 3-6 oktyabr tarixlərində #Astana və #Şuşa ilə qardaşlaşmış #Türkistan şəhərlərində “Şuşa günləri” keçirildi.
— Aydin Karimov (@AydinKerimov_Az) October 7, 2023
Tədbirdə 🇦🇿 Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin rəhbərliyi ⬇️ pic.twitter.com/QM8IN5aqNH
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"