Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Aydın Kərimov: “Yaxın günlərdə Şuşada digər abidələrin də bərpa işləri başa çatacaq”
“Şuşa şəhəri işğal dövründə 30 il ərzində dağıntılara, vandalizmə məruz qalmışdı. İşğaldan azad edildikdən sonra Şuşada prezidentin tapşırığı ilə bərpa-quruculuq işləri aparılır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.
“Şuşada 10-a yaxın abidə bərpa edilib. Yaxın günlərdə digər abidələrin də bərpa işləri başa çatacaq. Hazırda işlər davam edir”, - deyə o vurğulayıb.
"Şuşa" teqi üzrə xəbərlər
- Şuşa şəhərində Novruz bayramı qeyd edilir
- Hacıbəy Heydərli ATƏT-in tədbirində: "Ermənistan sülh istəmir, yeni təxribata hazırlaşır"
- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirildi
- Ceyhun Bayramov: "Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün vacib beynəlxalq təşkilatdır"
- Daxili Qoşunların yaranmasından 33 il ötür
Ən çox oxunanlar