Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) sədr postuna yeni namizəd təklif olunub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat AKİ-nin sabah keçiriləcək konfransı ilə bağlı Müstəqil Kino Platormasının yaydığı müraciətində yer alıb.
Qeyd olunub ki, AKİ-nin sədr postuna Xalq artisti Şəfiqə Məmmədova ilə yanaşı Xalq artisti Həmidə Məmməd qızı Ömərovanın namizədliyi irəli sürülüb.
Konfrans nümayəndələrinə ünvanlanan müraciətdə bildirilib ki, sədr seçkisi ilə bağlı alternativ namizədlər də olmalıdır və buna qətiyyən məhdudiyyət qoyulmamalıdır.
"AKİ sədrinin seçilməsi şəffaf, ən əsası, demokratik prinsiplər əsasında baş tutmalıdır. Alternativsiz keçirilən seçki ədalətli sayıla bilməz", - deyə müraciətdə vurğulanıb.
Əzizə İsmayılova