Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” (Steppe Man) filmi nüfuzlu “Oskar” mükafatına iddialıdır.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, film “xarici dildə olan ən yaxşı film” kimi mükafata iddialı olan filmlərin “long-list”inə (uzun siyahı) düşüb.
Bu siyahıya 76 ölkənin filmi daxil olub. Mükafatın nominantları 2014-cü il, yanvarın 16-da elan olunacaq.
“Çölçü” filmi çölü özünə yurd yeri seçmiş Ulu və cavan çölçünün məhəbbəti haqqında nağılvari bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə qısa saçlı bir qız gəlir. Və Çölçünün həyatına öz nağılını qatıb, onun həyatını dəyişir...