Sentyabrın 16-da “Nizami boutique house” şirkətinin Baş sponsorluğu ilə 35 il həsrətində olduğumuz istedadlar müsabiqəsinə - “Bakı payızı-2023. 35 il sonra” yarışmasına start verilir.
Oxu.Az xəbər verir ki, layihə “Best Cast Talent Agency” & “Golden Arts entertainment”, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.
Bildiyiniz kimi, müsabiqə beş istiqaməti əhatə edir - vokal, xoreoqrafiya, orijinal janr, musiqi qrupları və bəstəkarlıq. “Youtube”da yayımlanan gündəliklər vasitəsilə izləyicilərimiz yarışmanın iştirakçıları ilə yaxından tanış ola bilərlər: https://youtube.com/@Baki.Payizi?si=rDyn93riEyx0UPfS
1-ci turda jüri üzvləri – Xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, populyar müğənni İlqar Xəyal, bəstəkar-pianoçu Emil Əfrasiyab və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayevadır.
Müsabiqə sentyabrın 16-dan başlayaraq həftədə iki dəfə - hər şənbə-bazar günləri AzTV kanalında saat 15:00-da yayımlanacaq, Mədəniyyət kanalında isə həmin günlər saat 23:00 –da təkrarlanacaq.
Müsabiqənin 1-ci turunu sentyabrın 16 və 17-də AzTV-də saat 15:00-da, Mədəniyyət kanalında 23:00- da (təkrar) izləyə bilərsiniz.
Qala konsert 3 noyabr tarixində saat 19:00-da Heydər Əliyev Sarayında keçiriləcək.
Bilet əldə edib birincilərin adını və mükafatlandırılmasını birinci öyrənin!
https://iticket.az/events/concerts/baku-autumn-2023-gala-concer/100234
“Bakı payızı-2023. 35 il sonra” müsabiqəsinə start verilir - FOTO/VİDEO
Rəylər