Britaniyalı anonim rəssam Benksi koronavirus pandemiyası dövründə özünütəcridə həsr etdiyi yeni işini təqdim edib.
Lenta.ru-nun məlumatına görə, yeni əsəri barədə sənət adamı özünün “Instagram” səhifəsində xəbər verib.
Şəkildə hamam otağında qarışıqlıq yaradan doqquz siçan (Benksinin daim istifadə etdiyi simvol) təsvir olunub. Güzgüdən əks olunmuş ümumi şəkildə divarda günlərin hesabatını simvolizə edən xətlərin təsviri görünür.
View this post on Instagram. . My wife hates it when I work from home.
Rəssam bildirib ki, xanımı onun evdə işləməsinə nifrət edir.
Qeyd edək ki, bir çox ölkələrdə olduğu kimi, Böyük Britaniyada da karantin rejimi tətbiq edilib. Sakinlər zəruri hal olmadan evlərini tərk edə bilməz.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlarDigər xəbərlər