Robin Uilyams 1951-ci ildə dünyaya gəlib.
Robinin atası “Ford” şirkətinin uğurlu icraçısı Robert Uilyams, anası keçmiş model Laurie McLaurin Smith idi.
Uilyams ailəsi çox zəngin idi. Robin 11 yaşında olanda ailə Çikaqodan Detroit ətrafına köçür və burada 40 otaqlı evdə məskunlaşırlar.
Var-dövlət və məşhur nəsil ona xoşbəxtlik gətirmir. Oğlan tənha idi və valideynlərindən daha çox qulluqçularla ünsiyyət qururdu. Bahalı oyuncaqlar və dəbdəbə artıq çəkidən əziyyət çəkən və buna görə də çox utancaq olan Robinə xoşbəxtlik gətirmirdi.
Aktyor xatirələrində ilk illər yeganə yoldaşının və dostunun yalnız təxəyyülü olduğunu etiraf edib. Anasından miras qalan yumor hissi Robin Uilyamsa utancaqlığı aradan qaldırmağa və dostlar tapmağa kömək etdi.
Robin böyüdükcə sinifdə ən populyar oğlan olmağı bacardı. O, həm də dram dərnəyində mükəmməl aktyorluq qabiliyyətini göstərdi.
Məktəbi bitirdikdən sonra Robin Uilyams aktyorluq təhsilini davam etdirmək qərarına gəlir. 1973-cü ildə məşhur Nyu-York Juilliard Məktəbinin tələbəsi olur və burada teatr sənəti üzrə təhsil alır. Amma 3 ildən sonra müəllimi Con Hausmenin məsləhəti ilə ordan ayrılır və o, Robinə Los-Ancelesə getməyi məsləhət görür.
Robin Uilyamsın yaradıcılığı Los-Ancelesə köçdükdən sonra başladı, burada o, ilk dəfə komediya aktyoru kimi müxtəlif klubların səhnələrində göründü.
Bir gün məşhur prodüser Corc Şletter Robini görür və onu məşhur televiziya şousu “Lough-In”ə dəvət edir. Lakin bir müddət sonra layihə tamaşaçılarını itirir və bağlanır. Gənc sənətçi klublardakı əvvəlki çıxışlarına qayıtmalı olur.
“Komediya Eynşteyni” adlandırılan Robin Uilyams Amerikanın məşhur klublarına, daha sonra isə Böyük Britaniyaya dəvət olunur. Burada sənətçi tez bir zamanda çox məşhurlaşır, tezliklə “The Richard Pryor Show”a dəvət edilir. Demək olar ki, bütün komediya ustaları bu verilişin aktyor heyətinə qoşulmağı xəyal edirdilər. Robin Uilyams filmdə debütünü 1978-ci ildə edir.
Rejissor Harri Marşall Robini bir dəfə klubların birində görür və onu “Xoşbəxt günlər” serialında yadplanetli roluna dəvət edir. Mork kimi uğurlu obrazı prodüserlərə “Mork və Mindi” komediya şousunu yaratmaq ideyasını verir. Serial 1978-ci ildə ABC kanalında çıxır və 4 il yayımlanır. O vaxtdan bəri Mork ABŞ-də ən çox tanınan personaj olur.
Robin Uilyamsın fotoşəkilləri böyük qəzet və jurnalların üz qabığında dərc olunur. Sənətçi müxtəlif verilişlərin daimi qonağı olur.
“Popey” filmindəki baş rol aktyora daha da böyük şöhrət gətirir. Bir neçə cizgifilmini səsləndirən Robin daha çox “Ələddin” cizgifilmindəki “Cin” obrazını səsləndirməsi ilə yadda qaldı.
Bir velosipedlə narkotikdən qurtulan aktyoru məzara nə apardı? - VİDEO
Rəylər