Hollivud ulduzu və “Oskar” mükafatının sahibi Bred Pitt yumoristik “Some Good News” şousunun iştirakçısı olub.
Aktyor Con Krasinskinin hazırladığı layihənin qonaqları bu günə kimi Billi Ayliş, Conas qardaşları, NASA astronavtları və “Ofis” serialının ulduzu Stiv Karrel olub.
Proqramın yeni epizodunda B.Pitt “tarixin ən qısa hava proqnozunu” təqdim edib.