Xəbər verdiyimiz kimi noyabrın 12-də Honkonqda keçiriləcək “Miss Model of the World - 2014” beynəlxalq model müsabiqəsində ölkəmizi Kamilla Ələkbərova təmsil edəcək.
Model Türkiyə filmlərinin sultanı Türkan Şorayın gənclik illərinə bənzərliyi ilə diqqət çəkir.
Oxu.Az-ın “KinoSınaq” layihəsinin fotokamerası qarşısına keçən Kamilla Türkan Şorayın ayrı-ayrı illərdə və müxtəlif filmlərdə rol aldığı bir neçə obrazı canlandırıb.
Layihənin müəllifi: Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev