Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da Veronika Rotun məşhur kitabları əsasında “Diverqent” trilogiyasının sonuncu hissəsi “Diverqent 3: Divar arxasında” fantastik savaş filminin nümayişi baş tutub.
Baş qəhrəmanları divar arxasında nə gözləyir? Yeni bədbəxtliklər, yoxsa çoxdan gözlənilən xoşbəxtlik? Kimisi dünyanın gələcəyini utopiya kimi görür, kimisi isə ümumiyyətlə dünyanın gələcəyini görmür, əvvəlcədən yavaş, lakin düzgün ölüm olaraq fikirləşirlər. Franşizənin süjetindən anlamaq olur ki, filmin yaradıcıları bəşəriyyətin gələcəyini necə görürlər.
Filmin rejissoru Robert Şventkedir. Baş rollarda Şeylin Vudli, Ellison Rou, Teo Ceyms, Zoi Kraviç və Maylz Teller çəkiliblər.
Tris və For ilk dəfə olaraq şəhər və yaxın qohumlarını tərk edirlər və Çıkaqonu ayıran divar arxasında olan təhlükəli dünyaya düşürlər, harada ki, onlara şok həqiqətlər açılır.
Onlar tez bir zamanda ayırd etməlidirlər ki, kimə inanmalıdırlar, çünki divar arxasında qızışan döyüş bütün bəşəriyyətə təhlükədir. Sağ qalmaq üçün Tris, mərdlik, sədaqətlik, sevgi və qurban vermək arasında asan olmayan qərar vermək məcburiyyətindədir.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, “28 Mall” Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd edək ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.
