Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da Britaniya istehsalı olan “Qrimsbidən olan qardaşlar” komediyalı savaş filminin nümayişinə start verilib. Filmin süjeti kiçik ingilis şəhəri Qrimsbidən olan iki qardaşın əhvalatı əsasındadır.
Oxu.Az xəbər verir ki, filmin rejissoru fransız Lui Leteryedir. Filmdə baş qəhrəman rolunu britaniyalı aktyor Saşa Baron Koen oynayıb. Rollarda Ayla Fişer, Penelopa Kruz, Rebel Uilson və Mark Stronq çəkiliblər.
Filmin qısa məzmunu: Nümunəvi xüsusi casus həyata keçirdiyi çox məxfi əməliyyat yersiz bir vaxtda adekvat olmayan – azğın futbol fanatı və həddən artıq özbaşına olan qardaşına görə iflasa uğrayır. İndi qəhrəman öz həyatını və bundan başqa dünyanın başını almış təhlükədən xilas etməlidir. Bunu həll etmək isə yenidən tapılan qohumu ilə birgə demək olar ki, mümkünsüz bir məsələdir.
