Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Deputat Azərbaycan rəssamlarının əsərlərinin xaricdə satılmasına münasibət bildirib
“Elə rəsm əsərlərimiz var ki, onları dünyaya çatdırmaq lazımdır. Elə əsərlər də var ki, öz fondumuzda saxlanılmalıdır”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Azərbaycanın məşhur rəssamlarının əsərlərinin xaricdə satılması ilə bağlı məsələyə toxunan Naxçıvan Rəssamlar Birliyinin sədri, deputat Ülviyyə Həmzəyeva deyib.
Ülviyyə Fərəcova bildirib ki, rəsm əsərlərinin təqlidi çox böyük vüsət tapıb:
“Bilinmir ki, əsərin əslidir, ya surəti. Bu zaman milli təhlükəsizlik problemi yaşayırıq. Düşünürəm ki, ölkəmizə, xalqımıza məxsus olan əsərlərə daha çox diqqət edilməli və özümüzdə qalmalıdır”.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- 500-ə yaxın musiqi müəllimi attestasiyadan kəsildi
- Lənkəran Dövlət Dram Teatrında yeni təyinat olub
- Tarixi binaları "müasirləşdirən" reklam lövhələri - KİMDİR MÜQƏSSİR?
- Zirzəmisində insan sümükləri olan Nizaməddin məscidi nəzarətə götürülüb?
- Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev işdən çıxarıldı