Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dövlət Muğam Teatrı ləğv edildi
Nazirlər Kabineti Azərbaycan Dövlət Muğam Teatrının ləğv edilməsi barədə qərar verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qərarda qeyd edilir ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Muğam Teatrı 2014-cü il 1 yanvar tarixindən ləğv edilsin.
Ləğv edilmiş Azərbaycan Dövlət Muğam Teatrının sərbəstləşmiş ştat vahidlərindən 30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat vahidi isə R.Behbudov adına Dövlət Mahnı Teatrına veriləcək.
Mədəniyyət və Turizm Nazirliyi və Maliyyə Nazirliyinə Azərbaycan Respublikasının 2014-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə alsınlar və bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Nurlan Soltanov Maliyyə Nazirliyində şöbə müdiri təyin edildi
- DSX əməkdaşlarının maaşlarının məbləğləri yeni redaksiyada təsdiqlənib
- Baş nazirdən dövlət agentliyində maaşlarla bağlı QƏRAR
- Azərbaycanda yeni istiqamət üzrə sahibkarlara güzəştli kreditlər veriləcək
- Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi